Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatını davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan qadın güləşində ikinci medalını qazanıb.

Jalə Əliyeva bürünc medal uğrunda döyüşdə belaruslu Arina Demçankaya (UWW) "tuş"la qalib gəlib.

Ruzanna Məmmədova (62 kq) və Birgül Sultanova (65 kq) isə fəxri kürsünün son pilləsinə qalxmaq uğrunda döyüşdə məğlub olublar.

Beləliklə, Azərbaycan qadın güləşində Avropa çempionatını 2 bürünc medalla başa vurub. J. Əliyeva və Günay Qurbanova Tiranadan əliboş qayıtmayıb.