Misli Premyer Liqasında XXIX tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Sumqayıt" "İmişli"ni sınağa çəkib.
Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada hər iki qolu "kimyaçılar"ın hücumçusu Aleksandr Ramalinqom vurub.
"Sumqayıt" xalını 38 edib və 7-ci yerdədir.
"İmişli" isə 28 xalla 9-cu yerin sahibidir.
Misli Premyer Liqası, XXIX tur
25 aprel (şənbə)
16:00 “İmişli” – “Sumqayıt” 0:2
Qollar: Aleksandr Ramalinqom, 34', 85'
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu


