"Abşeron Lions"un oyunçusu Ceyms Freyzer "Neftçi"yə qarşı ilk yarımfinal oyunundan sonra Azbasketbol-a açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, 27 xal toplayan Ceyms Freyzer oyunu şərh edib: 

"Oyun çətin idi. Bunu gözləyirdik. "Neftçi" çox yaxşı, FIBA komandasıdır. Onların heyətində zədəli oyunçular olsa da, bu gün parketdə döyüş olacağını bilirdik. Onlar da, biz də necə oynamaq lazımdır göstərdik. Növbəti oyunda da eyni şeyə hazırlaşmalıyıq. Bilirik ki, onlar döyüşəcəklər. Mental və fiziki olaraq bu oyuna hazır olmalıyıq". 

Oyunçu şəxsi performansını dəyərləndirib:

"Mənfi C. Normalda yerinə yetirdiyim bir çox atışı bu gün qaçırdım. Axırlarda xal atmağım üçün komandam yaxşı imkan yaratdı və oyunu qalib başa vurduq. Komanda yoldaşlarım həqiqətən yaxşı çıxış etdi, xüsusilə də müdafiədə".