Azərbaycan güləşçiləri beynəlxalq arenada uğurlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova Avropa çempionatında fəxri kürsüyə qalxmağı bacarıb.
59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda həlledici görüşdə belaruslu rəqibi Marta Hetmanava (UWW) ilə qarşılaşıb. Olduqca gərgin və maraqlı keçən qarşılaşma Günayın üstünlüyü ilə başa çatıb. Yekun hesab təmsilçimizin xeyrinə başa çatıb- 7:5.
Nəticədə Günay bürünc medal qazanıb.
Bu qələbə ilə Günay Qurbanova Avropa çempionatının mükafatçıları sırasına adını yazdıraraq Azərbaycan yığmasının aktivinə növbəti medalı yazdırıb.


