Azərbaycan Basketbol Liqasının yarımfinalının ilk oyunu çərçivəsində bu gün "Abşeron Lions" və "Neftçi" komandaları üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, görüş saat 19:00-da Bakı İdman Sarayında baş tutub.
Matç "Abşeron Lions"un üstünlüyü ilə başa çatıb - 95:89.
Onlara seriyada önə keçib.
Seriya 2 qələbəyə qədər davam edəcək. Bu komandalar arasında növbəti oyun aprelin 26-da oynanılacaq.
Yarımfinalın digəri qarşılaşmasında "Sabah" dünən "Gəncə"ni məğlubiyyətə uğradıb.
ABL, yarımfinal
19:00 "Abşeron Lions" - "Neftçi" 95:89 (30:21, 24:25, 19:27, 22:16)
Bakı İdman Sarayı


