Türkiyə Kubokunun 1/4 final mərhələsində "Trabzonspor" və "Samsunspor" arasında keçirilən gərgin mübarizənin qalibi penaltı seriyasında müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Qara dəniz derbisində gülən tərəf rəqibini penaltilərdə 3-1 hesabı ilə məğlub edən "Trabzonspor" olub.
"Trabzonspor"un qapıçısı Andre Onana penalti zərbələri zamanı 3 penaltini dəf edərək, komandasını yarımfinala daşıyan əsas qəhrəmana çevrilib.
Nəticədə onlar 3-1-lik üstünlüklə seriyanı tamamlayıblar.
Bu qələbə ilə "Trabzonspor" Türkiyə Kubokunda adını son dörd komanda arasına yazdırıb.


