"Çelsi" ötən günlərdə baş məşqçisi Liam Rozenyorla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisini cari mövsümün sonuna qədər Kalum Makfarlan çalışdıracaq.

"Zadəganlar"ı növbəti mövsüm çalışdırmağa əsas iki namizəd var: Andoni İraola və Edin Terziç.

Bu barədə "RMC Sport" portalı məlumat yayıb.

İraola mövsümün sonunda "Bornmut"dan ayrılacaq. Terziç isə 2024-cü ilin yayından bəri işsizdir.

O, son olaraq Dortmund "Borussiya"sını çalışdırıb.