Pep Qvardiola İtaliya milli komandasına rəhbərlik etmək şansını dəyərləndirməyə meyillidir.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin bu ölkə ilə güclü bağları var və Federasiya tərəfindən təklif gələrsə, bunu dinləməyə açıqdır.

"Mançester Siti"dəki gələcəyi ilə bağlı hələ yekun qərar verilməsə də, beynəlxalq səviyyədə məşqçilik etmək (milli komanda idarəçiliyi) bir müddətdir ki, onun fikrindədir - bu, ona daha sakit iş tempi təklif edə bilər".

Qeyd edək ki, Qvardiolanın 2027-ci ilin yayına qədər müqaviləsi var.