NBA-də pley-off həyəcanı davam edir.

Offsideplus.az xəbər verir ki, Atlanta Hawks öz meydanında New York Knicks üzərində 109:108 hesablı dramatik qələbə qazanaraq seriyada 2:1 hesabı ilə önə keçib.

Matçın bitməsinə 12.5 saniyə qalmış Si Cey Makkollum atdığı xal komandasına qələbə qazandırıb. "Hawks"ın heyətində Jalen Johnson 24 xal, 10 ribaund və 8 assistlə ulduzlaşıb. McCollum 23, ehtiyat oyunçular skamyasından daxil olan Conatan Kuminqa isə 21 xalla yadda qalıb.

Günün digər qarşılaşmasında Toronto Raptors evdə Cleveland Cavaliers'i 126:104 hesabı ilə darmadağın edərək seriyada fərqi minimuma endirib - 1:2.

Minnesota Timberwolves da seriyada hesabı öz xeyrinə dəyişib. Onlar Denver Nuggets üzərində 113:96 hesabı ilə qalib gələrək Qərb konfransının pley-off seriyasında 2:1 hesabı ilə önə keçib. Rudy Qoberin rəhbərlik etdiyi müdafiə xətti rəqib ulduz Nikola Yokiçi dayandırmağı bacarıb. Ayo Dosunmu isə ehtiyat oyunçular skamyasından daxil olaraq 25 xalla matçın ən məhsuldar oyunçusu olub.