İtaliya nəhəngi "Yuventus" transfer bazarında bombanı partlatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Turin klubu "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmağı özünün mütləq prioriteti elan edib.
Portuqaliyalı ulduzun gələcəyi ilə bağlı qərarı futbol dünyasında maraqla gözlənilir. Silvanın masasında bir neçə cəlbedici təklif var.
"Qoca Sinyora" bu transferi bitirmək üçün böyük qətiyyətlə çalışır və oyunçuya layihənin mərkəzində olmağı təklif edir.
Bernardo Silva üçün Avropanın bir neçə başqa top-klubu da hərəkətə keçib. ABŞ-nin MLS liqasından gələn yüksək məbləğli təkliflər də oyunçunun seçimləri arasındadır.
Klub rəhbərliyi Bernardo Silvanı təkcə bir ulduz transferi kimi deyil, həm də komandanın oyun quruculuğu problemini həll edəcək əsas sima kimi görür.
Təcrübəli futbolçunun texniki bacarıqları və liderlik xüsusiyyətlərinin "Yuventus"u yenidən həm İtaliyada, həm də Avropada zirvəyə daşıyacağı proqnozlaşdırılır.


