"Barselona" Ferran Torresin transfer qiymətini 55 milyon avrodan aşağı salmaq niyyətində deyil.

Offsideplus.az xəbər verir ki, katalon klubunun rəhbərliyi 26 yaşlı hücumçunu yalnız 2022-ci ildə "Mançester Siti"yə ödədiyi məbləğə satmağa razıdır.

Son günlər PSJ-nin ispaniyalı futbolçuya maraq göstərdiyi barədə xəbərlər yayılıb. Lakin "Barselona" rəhbərliyi bu barədə yalnız kütləvi informasiya vasitələrindən məlumat alıb və nə oyunçudan, nə də onun ətrafından rəsmi xəbər almayıb.

Katalon klubu F. Torresin qərarını gələn həftə açıqlamasını gözləyir. Klub bu məsələni transfer pəncərəsinin sonuna qədər aydınlaşdırmaq və gələcək planlarını buna uyğun qurmaq istəyir. Əgər Ferran komandadan ayrılmaq istədiyini bildirərsə, "Barselona" mümkün qədər yüksək məbləğ əldə etməyə çalışacaq.

Klub rəhbərliyi hücumçuların hazırda yüksək bazar dəyərinə malik olduğunu düşünür və transferin məbləğinin də buna uyğun olmasını istəyir.