Kriştiano Ronaldu və Corcina Rodriges ailə qurur.
Offsideplus.az xəbər verir ki, cütlük futbolçunun doğma şəhəri Funşalda (Madeyra) yerləşən katedralda nikah kəsdirəcək. Toy şənliyi isə beşulduzlu "Savoy Palace" otelində baş tutacaq.
Əvvəlcə Sintradakı "Quinta da Regaleira" malikanəsində evlənməyi planlaşdıran cütlük, məkanın həftəsonu ziyarətçilər üçün açıq olması səbəbindən fikrini dəyişib.
"The Sun" nəşrinin məlumatına görə, tədbirlə əlaqədar cümə və şənbə günləri otelin iki mərtəbəsi və bir neçə barı qonaqların ixtiyarına veriləcək.


