Tokioda 3x3 basketbol üzrə Qadın Dünya Seriyasının cari mövsümünün 17-ci mərhələsi keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün qrup mərhələsini uğurla keçən "Neftçi SOCAR" 1/4 finalda Çinin "Pekin" klubu ilə üz-üzə gəlib.

"Ağ-qaralar" qarşılaşmadan 17:20 hesablı məğlubiyyətlə ayrılıb.

Beləliklə, təmsilçimiz üçün turnir başa çatıb.

Qeyd edək ki, geridə qalan 16 mərhələnin yekunlarına əsasən, "Neftçi SOCAR" ümumi sıralamada 472 xalla 2-ci pillədə qərarlaşıb.