MMA-nın əfsanəvi simalarından Habib Nurmaqomedov PFL-də Arçi Kolqan üzərində birinci raundda nokautla qələbə qazanan Usman Nurmaqomedovu UFC-dən kənarda dünyanın ən güclü yüngül çəkili döyüşçüsü adlandırıb. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Usman son illərdə bunu sözlə yox, çıxışları ilə sübut edib.

Habib açıqlamasında bu fikirləri səsləndirib:

"2020-ci ildə İslam barədə danışanda çoxları razılaşmırdı, amma bu idmanda səviyyələr var. Növbəti ay danışıqlar aparılacaq, tezliklə Usmanın hansı liqada çıxış edəcəyini özünüz görəcəksiniz. Öz adımdan PFL-ə və şəxsən Mayk Koqana göstərdikləri diqqət və münasibətə görə təşəkkür edirəm. Bunu sözlə ifadə etmək çətindir, bütün komanda adından liqaya və əməkdaşlara minnətdarıq. Amru Məqomedov barədə isə qısa deyə bilərəm ki, bu gün onu dünyanın istənilən top yüngül çəkili döyüşçüsünə qarşı çıxarmağa hazıram. Bu idmanda kifayət qədər təcrübəm var və nə dediyimi yaxşı bilirəm. Yolumuza davam edirik, bütün azarkeşlərimizə təşəkkür edirəm. Əlhəmdulillah, siz çoxsunuz və biz bunu dəyərləndiririk, sizi sevindirməyə çalışırıq".