Bu gün basketbol üzrə Azərbaycanın U-18 milli komandası Xorvatiyada keçirilən Avropa Çempionatının B Divizionunda son matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu seçmə komanda 15-16-cı yerlər uğrunda pley-off qarşılaşmasında İslandiya yığması ilə üz-üzə gəlib.

Görüş İslandiyanın qələbəsi ilə başa çatıb - 91:73.

Beləliklə, 18 yaşa qədər Azərbaycan yığması qitə çempionatını 16-cı yerdə başa vurub.

13:30 Azərbaycan U-18 – İslandiya U-18 73:91 (10:29, 24:16, 17:31, 22:15)

Qeyd edək ki, basketbolçularımız qrup mərhələsində Polşa (60:70), Ukrayna (77:68), İslandiya (56:95), Portuqaliya (52:50) və Çexiya (46:74) seçmələri ilə qarşılaşıb. Komandamız pley-off mərhələsində isə Monteneqroya (71:77) və Böyük Britaniyaya (55:67) məğlub olub.