Bakıda keçirilən U-17 Dünya Çempionatında Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov bu gün çempionluq matçına çıxır.
Offsideplus.az xəbər verir ki, 51 kq çəki dərəcəsində ölkəmizi təmsil edən pəhləvanımız qızıl medal uğrunda həlledici görüşdə İran idmançısı Benyamin Mayvanla üz-üzə gələcək.
"Milli Gimnastika Arenası"nda təşkil edilən turnirə bu gün yekun vurulacaq.
Qeyd edək ki, daha öncə xalça üzərinə çıxan yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) turniri gümüş medalla başa vurublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşaraq bürünc mükafat qazanıblar.


