"Miluoki Baks"ın həmsahibi Cimmy Haslam komandanın əsas ulduzu Yannis Antetokunmpo ilə yollarını ayırmasından sonra gələcəyə nikbinliklə baxdığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, həmçinin "Klivlend Brauns"un da sahibidir və hər iki klubun aparıcı oyunçularının transferindən danışıb.
Haslam bu barədə belə deyib:
"Hər şey əvəzində nə əldə etdiyindən asılıdır. Yannis nəsil oyunçusudur, çempionluq qazanıb, lakin biz heyəti cavanlaşdırmağa ehtiyac duyduq. O, bizim ən dəyərli oyunçumuz idi. Gələcəyimizi riskə atdıq və düşünürəm ki, dörd həqiqətən yaxşı oyunçu, iki birinci raund seçimi, bir neçə seçim dəyişdirmə hüququ və bir ikinci raund seçimi əldə etdik. Zaman göstərəcək. Bu seçimlərdən ağılla istifadə etməliyik. Ehtiyatlı nikbinlik var, amma realist olmalıyıq. Yenidənqurma asan deyil və düşünürəm ki, NBA-də bunu etmək NFL-dən də çətindir, amma görək necə olacaq".
Haslamın rəhbərlik etdiyi "Brauns" və "Baks" bir ay ərzində əsas ulduzlarını başqa klublara göndərib: ikiqat ilin ən yaxşı müdafiəçisi Maylz Qarret "Los Anceles Rems"ə, ikiqat MVP Yannis Antetokunmpo isə "Mayami Hit"ə transfer olunub.


