Dusan Vlahoviç "Beşiktaş"ın təklifinə cavab verməyi bir daha təxirə salıb.

Offsideplus.az xəbər verir ki, serbiyalı hücumçu "Barselona"dan rəsmi təklif gözləyir.

İstanbul klubu azad agent statusunda olan Vlahoviçə 5 milyon avrodan çox imza bonusu və hər mövsüm üçün vergilər çıxıldıqdan sonra 8 milyon avro maaş təklif edib. Müqavilənin müddəti 2 il nəzərdə tutulub.

"Beşiktaş" serb futbolçunun cavabını 10 avqusta qədər gözləyəcək.

Yay aylarının əvvəlində Vlahoviçin nümayəndələri onu "Barselona"ya təklif etsələr də, Kataloniya klubu hücumçunu prioritet transfer hesab etməyib. O zaman 26 yaşlı hücumçu 10 milyon avro imza pulu və illik 8 milyon avro maaş tələb edirdi, lakin sonradan tələblərini azaldıb.

Hazırda "Barselona" konkret addım atmayıb və əsas diqqətini Xulian Alvarezin transferinə yönəldib. Əgər Ferran Torres "PSJ"yə keçsə, vəziyyət dəyişə bilər. Vlahoviç isə "Beşiktaş"ın təklifini itirmək riski ilə üz-üzədir.