İliya Topuriya Konor Makqreqorla döyüş ehtimalını istisna etmir.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı idmançı bu barədə bunları söyləyib:
"Bu barədə düşünmürəm. İdman karyerasına nəzər salsaq, Konor artıq yolun sonundadır. Əgər o, qalib gəlsə, möhtəşəm geri dönüş olacaq. Mənə onunla döyüş təklif edilsə, baxarıq. Belə imkanlar üçün qapıları heç vaxt bağlamıram. Hazırda eyni səviyyədə olmasaq belə, o, populyardır və ondan danışırlar".
Qeyd edək ki, Konor 2021-ci ilin iyulundan bəri döyüşmür. Onun bu yay oktaqona geri qayıdacağı gözlənilir.


