Dünyanın 2 nömrəli tennisçisi Karlos Alkaras gələn ay keçiriləcək "Rolan Qarros" turnirində iştirakı ilə bağlı qərarını biləyindəki zədənin müayinə nəticələrindən sonra verəcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, yeddiqat "Böyük Dəbilqə" çempionu bu ayın əvvəlində Barselona Open turnirinin ilk turunda zədələnərək turniri tərk etməli olub. Müayinələr zədənin gözləniləndən daha ciddi olduğunu göstərdiyi üçün o, Madrid turnirini də qaçırıb.

22 yaşlı idmançı İspaniyanın TVE kanalına açıqlamasında deyib:

"Növbəti testlər həlledici olacaq. Səbirli olmağa çalışıram. Bir neçə gündən sonra vəziyyətin necə olduğu və növbəti addımlarımız bəlli olacaq".