Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, bu gün meydana "Zirə" və "Turan Tovuz" komandaları çıxıb. Cavab görüşü 0:0 hesabı ilə yekunlaşıb. Ümumi nəticəyə əsasən, Rəşad Sadıqovun komandası finala vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyunda "qartallar" 2:0 hesablı qələbə qazanmışdı.
Yarımfinalın digər cavab görüşü sabah "Qarabağ" və "Sabah" komandaları arasında baş tutacaq.
Azərbaycan Kuboku, yarımfinal cavab oyunu
21 aprel (çərşənbə axşamı)
19:00 “Zirə” – “Turan Tovuz” 0:0
İlk oyun: 2:0
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 23. Alexandro Serrano 90. Joarlem Santos 99. İbrahima Vadji 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu


