"Neftçi" idman klubunun cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 3 medal qazanıblar.
Offsideplus.az xəbər verir ki, Olimpiya çempionu Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Zelim Tskayev (81 kq) isə bürünc medala sahib çıxıblar.
Bu, Heydərovun Avropa çempionatlarında karyerası ərzində qazandığı ümumilikdə altıncı, Yusifov və Tskayev üçün isə ikinci medaldır.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatını ümumilikdə 4 medalla (0 qızıl, 1 gümüş, 3 bürünc) başa vurublar.


