"Qarabağ" klubu əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi onu satmağa qərar verib.
Bu barədə həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib.
Yayda onunla yolların ayrılacağı gözlənilir.
Qeyd edək ki, E. Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.
(sportal.az)


