Luka Modriç növbəti dəfə Xorvatiyada növbəti dəfə "İlin ən yaxşı futbolçusu" seçilib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı veteran oyunçu bu uğuru karyerasında 14-cü, ardıcıl olaraq isə 13-cü dəfə qazanmaqla rekordunu təzələyib.
Qeyd edək ki, təcrübəli pleymeyker 2025-ci ilin yayından bəri İtaliya nəhəngi Milanın formasını geyinir.
Cari mövsümdə "rossonerlər"in heyətində bütün turnirlərdə 35 qarşılaşmada iştirak edən Modriç, 2 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.


