"Bornmut" klubun növbəti mövsümdən etibarən Andoni Iraolanı əvəz edəcək yeni baş məşqçisini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Leyptsiq"in keçmiş çalışdırıcısı Marko Roze ilə 3 illik müqavilə imzalanıb.

49 yaşlı alman mütəxəssis 2025-ci ilin martında "Leypsiq"dən ayrıldıqdan sonra işsiz idi. O, komandanın sükanı arxasına yayda keçəcək.

Klubun rəsmi bəyanatında Rozenin yüksək səviyyəli Avropa futbolunda zəngin təcrübəyə malik olduğu vurğulanıb. Hazırda komandanın əsas hədəfi cari mövsümü uğurla başa vurmaqdır.