İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" növbəti mövsüm üçün sükan arxasına gətirəcəyi ismi rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, hazırkı baş məşqçi Andoni Iraolanın yayda müqaviləsinin bitməsi ilə klubdan ayrılacağı dəqiqləşdikdən sonra, "albalılar" almaniyalı mütəxəssis Marko Roze ilə razılıq əldə ediblər.

​Klubun rəsmi bəyanatına əsasən, 49 yaşlı Roze ilə 3 mövsümlük müqavilə imzalanıb. 

​Marko Roze sonuncu dəfə "RB Leypsiq"i çalışdırıb və 2025-ci ilin martından bəri azad agent statusunda idi. 

​O, karyerası ərzində "Red Bull Zaltsburq", "Borussiya Münhenqladbax" və "Borussiya Dortmund" kimi tanınmış klublara rəhbərlik edib.  

​"Bornmut" rəhbərliyini bu seçimə sövq edən əsas amillər Rozun hücumameyilli və yüksək presinqə əsaslanan oyun üslubudur. Bu üslub Iraolanın komandada formalaşdırdığı fəlsəfə ilə tam üst-üstə düşür.

​Bundan əlavə, Rozenin Erlinq Haaland, Cud Bellingem və Dominik Soboslai kimi ulduzları yetişdirməkdəki uğurlu keçmişi, "Bornmut"un gənclərə önəm verən layihəsi üçün ideal hesab olunur.  

​Hazırda Premyer Liqada 8-ci pillədə qərarlaşan və 13 oyunluq məğlubiyyətsizlik seriyası ilə Avropa zonası üçün mübarizə aparan "Bornmut" mövsümü mümkün qədər yüksək yerdə bitirib Roze dövrünə Avropa kubokları ilə başlamağı hədəfləyir.