​"Bayern Münhen"in müdafiəçisi Kim Min-je Bundesliqa çempionluğunu qazandıqdan sonra maraqlı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, cənubi koreyalı futbolçunun qələbəyə verdiyi təmkinli reaksiya diqqət çəkib.

​Jurnalistin "Bundesliqa kubokunu qazandınız, nələr hiss edirsiniz?" - sualına təcrübəli müdafiəçi qısaca "Yəni... normal" - cavabını verib.

​Çempionluğun artıq vərdiş halına gəlib-gəlmədiyi ilə bağlı sualı cavablandıran ulduz futbolçu əsl məqsədinin hələ bitmədiyini vurğulayıb:

"Elə deyil, qazanmaq hər zaman gözəldir. Hər çempionluq fərqli bir hiss bəxş edir. Ancaq hələ Almaniya Kuboku və Çempionlar Liqi kimi hədəflərimiz var. Buna görə də, hazırda qeyd etmək əvəzinə, hazırlıq görməliyik."

​Bu açıqlama ilə Kim Min-je "Bayern Münhen"in bu mövsüm "trebl" (üç kubok) etmək istəyini bir daha təsdiqləmiş olub.