"Bavariya" Niderlandın PSV komandasının və ABŞ yığmasının müdafiəçisi Serjinyo Destlə maraqlanır.
Offsideplus.az "Eindhovens Dagblad"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferi təxminən 25 milyon avroya reallaşa bilər.
2024-cü ilin iyulundan PSV-də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Serjinyo Dest 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


