"Bayern Mühnen" klubunda Harri Keynin gələcəyi müzakirə olunurdu.

Offsideplus.az xəbər verir ki, İngiltərə milli komandasının kapitanı və "Bavariya"nın ulduz hücumçusu Almaniya klubu ilə yeni uzunmüddətli müqavilə imzalamağa çox yaxındır. Tərəflər bu yay danışıqları rəsmi olaraq bərpa ediblər.

  • "Bavariya"da yeni müqavilə: Keyn Münhen təmsilçisindəki çıxışından və klubun layihəsindən məmnundur. Rəhbərlik təcrübəli bombardiri uzunmüddətli planlarının mərkəzində saxlayaraq onunla yeni sözləşmə razılaşdırmaq üzrədir.

  • "Barselona"nın axtarışı: Robert Levandovski ilə yolları ayıran "Barselona" hücum xəttini gücləndirmək üçün Keynin vəziyyəti ilə maralanıb və ilkin sorğu göndərib.

  • Kataloniyanın inamı: "Barselona" rəhbərliyi Keynin Almaniyada xoşbəxt olduğunu və "Bavariya" ilə müqaviləsini yeniləyəcəyini qəbul edərək başqa alternativ hücumçulara yönəlib.

Harri Keynin yaxın həftələrdə Münhen klubu ilə yeni rəsmi müqaviləyə imza atacağı gözlənilir.