"Atlanta Hoks" "Klivlend Kavalers"in mərkəz oyunçusu Cərret Alleni heyətinə cəlb etmək üçün danışıqlar aparsa da, rədd cavabı alıb.

Offsideplus.az xəbər verir ki, insayder Mark Steynin məlumatına görə, "Klivlend" Alleni Donovan Mitçell və Evan Mobli ilə yanaşı komandanın toxunulmaz, əsas oyunçularından biri hesab edir.

"Atlanta" ön xəttini gücləndirmək və daha geniş heyət formalaşdırmaq istəsə də, "Klivlend" gələcək maaş büdcəsi yükünə baxmayaraq, əsas heyəti qorumaq niyyətindədir.