Ruben Amorim "Milan" klubunu çalışdırmağın onun uşaqlıq arzusu olduğunu etiraf edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə fikirlərini belə ifadə edib:
"Milan"ı çalışdırmaq uşaqlıq arzum idi. Rəhbərlik məni yalnız uğurlarıma görə yox, həm də "Mançester Yunayted"dəki təcrübəm, səhvlərim və çətin dövrdə olan komandalarla işləmək bacarığıma görə seçdi. Cerri Kardinale ilə söhbətimizdə göstərdim ki, bu işə tam hazıram.
Artıq keçmiş arxada qaldı, hədəfimiz yeni gələcək qurmaqdır. Gənc oyunçulara investisiya qoyaraq yenidənqurma aparmaq istəyirik. Bu, müəyyən riskdir, lakin mən bu məsuliyyəti üzərimə götürürəm. İllər ərzində çoxlu səhvlər etmişəm və anlayıram ki, günahı yalnız başqalarında görməyib öz üzərində işləyəndə daha yaxşı məşqçi və şəxsiyyət olursan”.


