FİFA prezidenti Canni İnfantino təşkilatın kommersiya imkanlarını genişləndirmək məqsədilə Dünya Çempionatının müəyyən pay hissəsini özəl investorlara satmaq planını nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, FİFA təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən yeni kommersiya qurumunun azlıq təşkil edən (təxminən 20 faiz) payını xarici investorlara təklif etməyə hazırlaşır.
Bu çərçivədə ABŞ-nin "JPMorgan" investisiya bankı ilə yanaşı, Donald Tramp administrasiyasına yaxın olan şəxslərlə də ilkin müzakirələr aparılıb.
Əldə olunacaq milyardlarla dollarlıq vəsaitin FİFA-ya üzv olan milli futbol federasiyalarına daha çox maliyyə dəstəyi ayırmaq üçün istifadə ediləcəyi bildirilir.


