“Bu yarışa qızıl medal qazanmaq üçün gəlmişdim”.

Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov deyib.

O, Bakıda təşkil olunan U-17 dünya çempionatındakı çıxışını dəyərləndirib: “Əsas məqsədim çempion olmaq idi.

Təəssüf ki, müəyyən səhvlərə görə finaldan kənarda qaldım. Ancaq gələcəkdə yarışlarda bürünc medalı qızıl mükafatla əvəzləyəcəm. Bürünc medalı əlimdən qaçıra bilməzdim. Qarşılaşmaya tam hazır vəziyyətdə çıxmışdım. Çox sevinirəm ki, yarışı medalsız başa vurmadım".

Qeyd edək ki, Ömər Salmanov üçüncü yer uğrunda qarşılaşmada Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) bürünc medala yiyələnib.