Rusiyalı tanınmış MMA ustası Fyodor Yemelyanenko yazıçı Anastasiya İvanova və "AST" nəşriyyatına qarşı qaldırdığı 12,66 milyon rublluq iddia üzrə məhkəmədə istədiyinə nail ola bilməyib.
Offsideplus.az xəbər verir ki, Moskvanın Ostankino Məhkəməsi iddia ərizəsini icraata qəbul etməyib.
Məhkəmədən bildirilib ki, prosedural pozuntular səbəbindən iddia baxılmaqdan imtina olunub. Döyüşçünün narazılığına səbəb olan əsas məqam adının və fotosunun icazəsiz şəkildə uşaq kitabının üz qabığında və reklam materiallarında istifadə olunmasıdır. İddiada həmçinin idmançının bioqrafiyasının kitabda kobud şəkildə təhrif edildiyi qeyd olunub.
Yemelyanenko cavabdehlərdən 12,66 milyon rubl maddi və 300 min rubl mənəvi tazminat tələb edir.


