Zinəddin Zidan Fransa millisinin baş məşqçisi kimi komandanın hansı üslubda çıxış edəcəyinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu gün yığmanın baş məşqçisi təyin olunub.
"Tezliklə mənim oyun üslubumu görəcəksiniz, sentyabrda mətbuat konfransı keçirəcəyik. Məni futbolun özü ruhlandırır. Mən meydanda "onluq" idim və ən çox qol vurmaq imkanları məni həvəsləndirir. İspaniyada 25 il yaşamışam, bunun nə demək olduğunu bilirsiniz. Meydanda lider idim. Bu gün isə təcrübəmlə lider oluram. Qələbə qazanmaq üçün hansı üslubda oynayacağımızı iki sözlə izah edə bilmərəm. Möhtəşəm komandam var. Vəziyyətlə tanış olmalı, oyunçularla görüşməli, onlara oyun planımı və birlikdə nələr edəcəyimizi izah etməliyəm. Sonra isə bu komandanın qələbə seriyasını davam etdirib-etdirməyəcəyi mənim məşqçi kimi fəaliyyətimdən asılı olacaq. Fransa millisinin nəticələri və oyunu əla idi. Mənə hər şey çox xoş idi, hamı kimi. Azarkeşlərin narazılıq üçün səbəbi yoxdur. Biz fərqli işləyəcəyik. Deşam Deşamdır, Blan Blandır, Zidan isə Zidandır. Mən bacardığımı edəcəyəm. Məqsədim sabitliyi təmin edib Fransa millisinin qələbələrini davam etdirməkdir", – deyə Zidan bildirib.


