"Gəncə" basketbol klubu Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsüm və avrokuboklara hazırlığa başlayıb.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi sosial şəbəkə hesabında "yenilənmə başladı" adlı paylaşım edib.

Halil Atlının gedişindən sonra klub yeni məşqçi heyəti cəlb edəcək. Bundan əlavə komanda daxilində oyunçu dəyişiklikləri və transferlər baş tutacaq. 

Qeyd edək ki, "Gəncə" 2025-26 mövsümündə Azərbaycan Basketbol Liqasını 3-cü yerdə başa vurub və Azərbaycan Kubokunun qalibi olub