UFC-nin tanınmış döyüşçüsü Şon Striklend təşkilatdakı aşağı qonorarlardan narazılığını bildirib.

Offsideplus.az xəbər verir ki, amerikalı idmançı UFC-də yeni başlayanlar üçün standart müqavilələrin “10 min $ (çıxış üçün) + 10 min $ (qələbə üçün)” şərti ilə bağlandığını xatırladıb:

“Vergi və menecer faizi çıxıldıqdan sonra məğlub olan döyüşçünün əlində cəmi 7-8 min dollar qalır. Zədələnənlər isə ümumiyyətlə gəlirsiz qalırlar. Bu məbləğ Braziliya və ya Dağıstan döyüşçüləri üçün böyük puldur — onlar öz ölkələrində həmin məbləğlə şah kimi yaşayırlar. Amma ABŞ-da bu pul bir neçə aylıq ev kirayəsinə çətindir”.

Striklend əlavə edib ki, yalnız pik səviyyədəki idmançılar yaxşı qazanır:

“UFC rəhbərliyi yalnız qısa müddətdə döyüşə çıxmağa razılaşanları yaxşı mükafatlandırır. Həmin hallarda əlavə 30-50 min dollar verilir ki, bu da ən böyük maaş artımı sayılır”.