Fransa millisinin və "Real Madrid"in sabiq hücumçusu Karim Benzema Zinedin Zidanın Fransa yığmasına baş məşqçi təyin edilməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, bu gün Zidan rəsmi olaraq Fransa millisinin yeni baş məşqçisi kimi təqdim olunub. O, bu vəzifədə Dide Desşamı əvəzləyib. Desşam 2026 Dünya Çempionatından sonra milli komandadan ayrılıb.

"O, əfsanədir və mənim üçün böyük qardaş kimidir. Zidanın Fransa millisinin baş məşqçisi olmasına görə çox xoşbəxtəm", – deyə Benzema bildirib.

Qeyd edək ki, Zidan beş il ərzində bu vəzifəni gözləyib.