ÇSKA (Moskva) klubu "Göztepe"dən Xuanın transferi üçün razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, Moskva təmsilçisi braziliyalı hücumçu üçün Türkiyə klubuna 15 milyon avro ödəyəcək.
Bu barədə "DHA" xəbər agentliyi məlumat yayıb.
"Göztepe" 24 yaşlı hücumçunu ötən yay 900 min avroya transfer etmişdi.
O, ötən mövsüm 32 oyunda 11 qol vurmağı bacarıb.


