​"Mançester Siti"də bir dövrün sonuna gəlinir. Klubun son onillikdəki uğurlarının əsas memarlarından olan iki ulduz — Con Stounz və Bernardo Silva — cari mövsümün sonunda "şəhərlilər"lə yollarını ayıracaq.  

Offsideplus.az xəbər verir ki, ​"Barnsli Bekkenbaueri" ləqəbli 31 yaşlı müdafiəçinin müqaviləsi bu ilin iyununda başa çatır. 

​Klub Stounza yeni müqavilə təklif etməmək qərarına gəlib. O, yayda azad agent kimi komandadan ayrılacaq.  

​Stounz mövsümün sonuna qədər komandaya maksimum kömək etmək və "Siti" karyerasını yeni kuboklarla tamamlamaq istəyir.

​Onunla keçmiş klubu "Everton"un yaxından maraqlandığı bildirilir.