​"Qalatasaray" klubu idman infrastrukturunda inqilab etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin "Aslantəpə Layihəsi" çərçivəsində inşa edəcəyi müasir obyektlərin siyahısı və detalları rəsmən açıqlanıb.

​Ümumi tikinti sahəsi 165 min kvadratmetr təşkil edən nəhəng kompleksdə idmanın müxtəlif növləri üçün nəzərdə tutulmuş yüksək səviyyəli şərait yaradılacaq.

​Yeni layihə çərçivəsində aşağıdakı obyektlərin inşası nəzərdə tutulub:

​Basketbol Arenası: 13 000 nəfərlik tamaşaçı tutumu və 100 xüsusi loja;

  • ​Basketbol məşq zalı: 600 nəfərlik;
  • ​Voleybol zalı: 3 500 nəfərlik;
  • ​Cüdo və çoxməqsədli zal: 1 000 nəfərlik;
  • ​Qapalı üzgüçülük hovuzu: 500 nəfərlik;
  • ​Düşərgə korpusu: 90 otaqlı xüsusi yaşayış və hazırlıq obyekti;
  • ​Avtodayanacaq: 1 500 nəqliyyat vasitəsi üçün;
  • ​"Black Box" performans zalı: 300-800 nəfərlik çoxfunksiyalı məkan.

​ "Qalatasaray" azarkeşlərinin böyük maraqla gözlədiyi bu nəhəng layihənin təməlatma mərasimi 23 aprel tarixində baş tutacaq.

Kompleksin istifadəyə verilməsi ilə "sarı-qırmızılılar" həm maliyyə gəlirlərini artırmağı, həm də həvəskar budaqları vahid mərkəzdə toplamağı hədəfləyir.