"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Premyer Liqanın növbəti turunda keçiriləcək "Börnli" matçını finala bənzədib.

Offsideplus.az xəbər verir ki, bazar günü lider "Arsenal" üzərində qazanılan 2-1 hesablı qələbədən sonra "şəhərlilər" xal fərqini üçə endirib.

Çərşənbə günü baş tutacaq təxirə salınmış oyunda qələbə qazanacaqları təqdirdə, Pep Qvardiolanın komandası xalları bərabərləşdirərək turnir cədvəlinin zirvəsinə yüksələcək. Qələbə qolunun müəllifi olan Haaland bildirib:

"Çərşənbə günü bizi final gözləyir. 'Börnli' oyunu bu qarşılaşma qədər vacibdir. Diqqətli və təvazökar olmalıyıq".