NBA-də pley-off mərhələsi start götürüb

Offsideplus.az xəbər verir ki, ötən gecə Orlando Magic komandası Detroit Pistons'u 112:101 hesabı ilə məğlub edərək hər kəsi təəccübləndirib. Eyni zamanda, son çempion Oklahoma City Thunder və Boston Celtics pley-off mərhələsinə böyük hesablı qələbələrlə başlayıblar.

2017 və 2018-ci illərdə Golden State Warriors komandasından sonra ardıcıl çempionluq qazanan ilk komanda olmağa çalışan Oklahoma City Thunder, Phoenix Suns üzərində 119-84 hesablı inamlı qələbə qazanıb.

Şərq Konfransında Detroit Pistons'dan sonra ikinci pillədə qərarlaşan Boston Celtics, Philadelphia 76ers komandasını 123:91 hesabı ilə darmadağın edib.

San Antonio'nun ulduzu Viktor Vembanyama isə pley-off debütündə möhtəşəm çıxış edərək 35 xal toplayıb və Spurs'un Portland Trail Blazers üzərindəki 111:98 hesablı qələbəsində əsas pay sahibi olub. 

Şərq Konfransı lider bitirən Detroit Pistons pley-off mərhələsinə uğursuz başlayıb.

Pley-in mərhələsindən gələn Magic onları məğlub etməyi bacarıb.

Paolo Bankero 23 xalla yadda qalıb, Frants Vaqner isə aktivinə yazdığı 19 xalın 11-ni dördüncü rübdə qazanaraq Magic'in qələbəsini təmin edib. Bu nəticə ilə Orlando təmsilçisi Pistons'un ulduzu Keyd Kunninqemin 39 xallıq performansını kölgədə qoyub.