Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatında bu gün start götürür.
Offsideplus.az xəbər verir ki, yarışın açılış günündə yunan-Roma güləşi üzrə millimizin 5 üzvü mübarizəyə qoşulacaq. Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) qitə birinciliyində xalça üzərinə çıxacaqlar.
Bakı vaxtı ilə saat 12:30-da start götürəcək təsnifat mərhələsində pəhləvanlarımız növbəti mərhələyə yüksəlmək üçün qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.


