"Sport Bible" nəşri süni intellektə istinadən XXI əsrin ən yaxşı 21 avropalı futbolçusunun reytinqini dərc edib.
Offsideplus.az xəbər verir ki, siyahıda dünya futbolunun son 25 ilinə damğa vurmuş əfsanəvi adlar yer alıb.
Reytinq cədvəlinin birinci pilləsində "Real Madrid", "Mançester Yunayted" və "Yuventus" kimi klubların sabiq ulduzu Kriştiano Ronaldo qərarlaşıb. İkinci yeri fransalı dahi pleymeyker Zinəddin Zidan, üçüncü yeri isə "Arsenal"ın əfsanəsi Tyeri Anri tutur.
Ən yaxşıların tam siyahısı:
- Kriştiano Ronaldo (Portuqaliya)
- Zinəddin Zidan (Fransa)
- Tyeri Anri (Fransa)
- Andres İnyesta (İspaniya)
- Xavi Hernandez (İspaniya)
- Luka Modriç (Xorvatiya)
- Kərim Benzema (Fransa)
- Canluici Buffon (İtaliya)
- İker Kasilyas (İspaniya)
- Serxio Ramos (İspaniya)
- Zlatan İbrahimoviç (İsveç)
- Luis Figo (Portuqaliya)
- Frank Lempard (İngiltərə)
- Stiven Cerrard (İngiltərə)
- Ueyn Runi (İngiltərə)
- Aryen Robben (Niderland)
- Frank Riberi (Fransa)
- Andrea Pirlo (İtaliya)
- Mixael Ballak (Almaniya)
- Robert Levandovski (Polşa)
- Kevin De Bröyne (Belçika)
- Toni Kroos (Almaniya)
- Qaret Beyl (Uels)
- Kilian Mbappe (Fransa)
- Eden Azar (Belçika)
Qeyd: Siyahıda xüsusilə "Real Madrid" və "Barselona" klublarında çıxış etmiş oyunçuların üstünlük təşkil etməsi diqqətdən qaçmayıb.
Modern futbolun parlayan ulduzu Kilian Mbappe isə artıq indidən bu tarixi siyahıda özünə yer tapmağı bacarıb.



