Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "İmişli"ni qəbul edib.

Görüşün taleyin yeganə qol həll edib.

Azər Salahlı "İmişli"yə 3 xal qazandırıb.

Jorj Kaşkilyanın komandası xalını 29 edib və Premyer Liqada qalmağı böyük ölçüdə təmin edib.

"Kəpəz" isə 21 xalla 10-cu yerdədir.

Misli Premyer Liqası, XXVIII tur

19 aprel (bazar)

15:30 “Kəpəz” – “İmişli” 0:1 

Qol: Azər Salahlı, 38

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov

VAR: Elvin Bayramov

AVAR: Rəşad Əhmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Yevlax şəhər stadionu