Qadın voleybolçuların yüksək liqasında bu gün mövsümün ən güclüləri müəyyənləşəcək.
Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi həm bürünc medal, həm də çempionluq matçına ev sahibliyi edəcək.
Proqrama əsasən, saat 13:00-da "Milli Aviasiya Akademiyası" və "Gəncə" komandaları bürünc mükafat uğrunda meydana çıxacaqlar.
Günün əsas qarşılaşması isə saat 16:00-da başlayacaq:
"Turan" və "DH Volley" kollektivləri çempionu müəyyən etməyə çalışacaqlar.


