Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Azərbaycanı bu gün beş idmançı təmsil edəcək.
Onların arasında üçqat Avropa çempionu Həsrət Cəfərov da var.
Günün proqramı belədir:
60 kq
Nihat Məmmədli – startda azaddır
67 kq
Həsrət Cəfərov – Niklas Yan Ohlen (İsveç)
72 kq
Ruslan Nurullayev – Dmitro Vasilyev (Ukrayna)
82 kq
Qurban Qurbanov – Svetoslav Nikolov (Bolqarıstan)
97 kq
Murad Əhmədiyev – Arvi Savolainen (Finlandiya)
Həmçinin bu gün daha üç "klassik" güləşçimiz medallar uğrunda mübarizə aparacaq:
55 kq. Bürünc medal görüşü
Rəşad Məmmədov – Ömer Halis Recep (Türkiyə)
87 kq. Bürünc medal görüşü.
İslam Abbasov – Valtteri Latvala (Finlandiya)/Maryan Kola (Albaniya)/Doğan Kaya (Türkiyə) cütünün qalibi ilə.
130 kq. Bürünc medal görüşü.
Beka Kandelaki – Sulxan Buidze (Gürcüstan)/Mixaylo Vişnevetski (Ukrayna) cütünün qalibi ilə.


