Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.
Offsideplus.az xəbər verir ki, ilk gündə 5 güləşçimiz tatamiyə çıxıb.
Onlardan ikisi artıq yarımfinala yüksəlib. İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) müvafiq olaraq Eksos Mukubu (Norveç) və Yello Krahmerə (Almaniya) qalib gələrək adlarını son 4-ə yazdırıb.
Sənan Süleymanov (77 kq), Ziya Babaşov (63 kq) və Rəşad Məmmədov (55 kq) isə 1/4 finalda məğlub olub.
İdmançılarımız bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün rəqiblərinin finala vəsiqə qazanmasını gözləməli olacaqlar
Qeyd edək ki, yarımfinal və final görüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.
Turnir aprelin 26-na qədər davam edəcək.


