Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Sabah" - "Qarabağ" matçı Rəvan Həmzəzadəyə tapşırılıb.
"Zirə" – "Turan Tovuz" görüşündə isə Əli Əliyev fit çalacaq.
Azərbaycan Kuboku, yarımfinal, cavab oyunları
21 aprel (çərşənbə axşamı)
19:00. "Zirə" – "Turan Tovuz"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 2:0.
22 aprel (çərşənbə)
20:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena"
İlk oyun: 2:2


